“Muhteşem yüz yıl”ın aktyorları paytaxtımızda təşkil olunacaq qala gecəsində fəxri qonaq kimi çıxış edəcəklər
“Muhteşem yüz yıl” serialının Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ergenç və Hürrəm Sultan kimi tanınan və sevilən aktrisa Məryəm Üzerli Azərbaycana gələcəklər. Onlar yaxın vaxtlarda paytaxtımızda təşkil olunacaq qala gecəsində fəxri qonaq kimi çıxış edəcəklər.
Təşkil olunan təqdimetmə mərasimində mükafatlar tanınmış ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, ölkə KİV-lərinin əməkdaşlarının, eləcə də, estrada müğənnilərinin il ərzində gördükləri yaradıcı işlərinə verilən qiymət kimi öz sahiblərinə təqdim olunur.


