Gül bayramı!!!Necədə gülməli səslənir.kimin üçündür görəsən bu bayram?Əgər ümumilikdə bütün xalqımız üçündürsə bizim xalqımıza bayram etmək yaraşmır.hansı günümüzə bayram edirik?O günümüzə ki 21 il əvvəl Azərbaycanın alinmaz qalası olan Şuşanı əlimizlə mənfur düşmənlərimizə hədiyyə vermişik ?Bəsdir də bu qədər alçaltdıq özümüzü.
21 ildir bu millətə hər bayramda yedizdirirlər ki gələn il bayramı Şuşada qeyd edəcəyik.21 ildir ki Qarabağı alırıq.Amma xəyallarımızda.Elə xəyallarımızda Qarabağı ala ala mənəviyyatımızı abrımızı həyamızı itirə itirə gedirik.nə edək kimə şikayət edək dərdimizi kimə deyək?
Həə tapdım. gəlin dərdimizi nazirlərimizə deyək.Hansı nazirlərimizə?O nazirlərimizə ki hamısının nazirlik etdiyi qurumlarda həyasızlıq vicdansızlıq rüşvətxorluq korrupsiya bürokratiaya baş alıb gedir.
Deyirlər ki məktəb tərbiyə ocagıdır.insanın tərbiyəli vicdanlı yetişməsini burda təmin edirlər.amma tam əminliklə deyə bilərəm ki bu gun ki Azərbaycan məktəblərində adını çəkdiyim məsələlərin heç biri tərənnüm olunmur.Uşaqlar 1 ci sinifə gedəndən ta 11 ci sinifə qədər rüşvətlə oxuyur.Əgər buna oxumaq demək olarsa.Amma problem 11 ildən sonrada bitmir.qabaqda unversitet oxumaq üçun insanlar hər imtahan vaxtı müəllimlərə rüşvətsiz qiymət yazdıra bilmirlər.Nəticəsi də bu olur ki hansi sahəni oxuyub qurtarmasından asılı olmayaraq unversiteti bitirib işə düzələn Azərbaycan gəncinin fikri ancaq və ancaq rüşvət alıb iş görmək olur.
Qabaqlar bir söz də deyərdilər.Əsgərlik kişilik məktəbidir.Amma bu gün Azərbaycan ordusunda özbaşnalıq rüşvətxorluq baş alıb gedır.2013 il başlayandan bu yana orduda baş verən intiharların sayı günbəgün artmaqdadır.18 il övlad böyüdüb xidmətə yola salan analar az keçməmiş övladının tabutda gətirilən cənazəsini son mənzilə yola salır.Və ən maraqlısı budur ki dünyasını dəyişən əsgərlərin hamısı kasıb balalarıdır.Görəsən nazir və ya məmur balaları nə zaman vətənə xidmət edəcəklər.Güman edirəm ki hec zaman.yadıma Bəxt Üzüyü filmindən bir söz düşdü:Detdom uşaqlarının atası olmur nacalnik.Mən də belə deyirəm:Məmur balalarının vətəni olmur qardaşım.Vətən elə biz kasıblarındır.
Keçək başqa bir sahəyə.Başıbəlalı səhiyyəmizə. Bir çox sahələrdə olduğu kimi, səhiyyədə də müəyyən problemlər mövcuddur. Ümumiyyətlə, səhiyyəmizdə problemlər getdikcə çoxalır.
Onlardan biri həkim səhlənkarlığıdır. Çox təəssüflə qeyd etmək olar ki, bunun ucbatından müxtəlif dönəmlərdə Azərbaycanda onlarla insan həyatını itirir. Ən maraqlısı da odur ki, hətta savadlı həkimlər belə xəstəyə qarşı səhlənkarlıq, məsuliyyətsizlik edirlər. Bu gün Azərbaycan səhiyyəsinin saymaqla bitməyəcək qədər problemləri var. Və birdə ən qəribəsi də odur ki, hər ötən il problemlər azalmaq əvəzinə, əksinə birə beş artır və daha geniş miqyas alır. Ki, bu da cəmiyyətin maddi cəhətdən sıxıntı içərisində yaşayan hissəsini təşkil edən sadə vətəndaşların problemlərini dahada artırır. Dəhşətli budur ki, artıq iri səhiyyə müəssisələrində həkimlər xəstələrin “dərisini soyurlar”. Bunun qarşılığında səlahiyyət sahibləri baş verənlərə münasibət bildirmək istəmirlər.
Amma məni yandıran başqa şeydir baba!Məni yandıran insanların qul kimi yaşamağa zülm altında inləməyə razı olmasıdır.İslam Peygəmbəri Həzrəti Muhəmməd (s.a.v.a) buyurub:Əgər bir millət zülm altında yaşamağa razı olarsa o millət bundan daha artıq zülmə layiqdir.
Mən bu məqaləni yazanda Azərbaycanda Bakıda Gül bayramı münasibəti ilə konsertlər verilirdi.Adını saydığım və saymadığım qurumlarda gecə gündüz inləyən və əziyyət cəkən bu millət hər şeyə biganə yanaşaraq oynayır çalır oxuyurdu.Sonrada deyirlər ki torpaqlarımızı aad edəcəyik.Ay insanlar biz məgər özümüzü azad etmişik ki torpaqlarımızı azad edək?Məncə bu günki günə ad qoyanlar çox düz qoyublar adı.Qul bayramı .Bəli Bu gün Qulların bayramı idi.Zülm altında inləyən amma buna razı olub hələ də bu cür yaşayanların bayramı idi.
Allah bizə qeyrət versin ki qul kimi yaşamaqdan azad olub haqqlarımızı tələb etməyi bacaraq.Amin.Sonda Baba Punhanın şerini sizə təqdim edirəm ki şərhsiz oxuyub düşünəsiz.
Pulu nazir diləmiş verməmək olmaz, ey dil,
Çoxu vallahi onundur, azı billahi mənim.
Nə qədər ki, tanımır ölkədə it öz yiyəsin,
Uzun illər olacaqdır bu dəyirmanda dənim.
Mənim İblis keçirib əynimə əynimdəkini,
«Diri olduqca libasım budur, ölsəm kəfənim».
Demisən ki, mənə Allah eləyir hifz səni,
Səni Allah eləyir hifz, məni can güdənim.
Kimi xətrindi gəbərt, yox sənə onsuz da ölüm,
Şükr Quran ilə getmir bunu qanun edənim.
«O gözəl yerdə» ki, ilhamə gəlirdim gecələr,
Elə ilham ilə bağlandı o beytül-həzənim.
Sən durub yolların üstündə şəhid payı dilə,
Mən gəzim dolların üstündə gül açsın çəmənim.
Belə söz var ki, qiymət qopacaq birki ilə,
Düzə Allah olacaq yar, pisə Allah qənim.
Bu cahan iblisə, Pünhan, hələ ki, xidmət edir,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
RASIM XUDAVERDIYEV


