Ana olmaq üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb

Azərbaycan Ermənistan və Gürcüstandan geridədir

Uşaqların müdafiəsi ilə məşğul olan Save the Children beynəlxalq təşkilatı ana olmaq üçün ən yaxşı ölkələrin reytinqini açıqlayıb. Siyahıya Skandinaviya ölkələri liderlik edir. 176 ölkənin əhatə edən reytinq bir neçə göstəriciyə görə müəyyən edilib. Bunlar anaların doğuş zamanı ölüm səviyyəsi, 5 yaşına qədər uşaqların ölüm səviyyəsi, orta məktəbdə təhsilin orta davamiyyatı, qadınların gəliri səviyyəsi və qadın təşkilatlarında təmsilçilikləri. The Guardian qəzetinin yazdııtına görə, analar üçün ideal ölkə Finlyandiyadır. Azərbaycan bu siyahıda 98-ci yerdədir. Qonşu ölkələrdən Gürcüstan 94, Ermənistan isə 95-ci yerdə qərarlaşıb. Azərbaycan bu siyahıda yalnız Türkimənistan və Afrika ölkələrindən öndədir.

azadliq.info