Cəbhəçilər Gürcüstanda müşavirə keçirdi

Hakimiyyət Aqstafa cəbhəçilərinə rayonda tədbir keçirməyə icazə vermədi

AXCP rəhbərliyi demək olar ki, hər həftə Azərbaycanın müxtəlif rayonlarında, ucqar kəndlərdə partiya üzvləri ilə görüşlər keçirir, ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edir, partiyanın sıralarına yeni üzvlər qəbul edirlər.
Ancaq bu görüşlər asan başa gəlmir. Son günlər Sabirabadda və Şəkidə partiyanın tədbiri dağıdılmış, fəal cəbhəçilər polis idarələrinə aparılmışdı.
 Buna baxmayaraq partiyanın qarşıya qoyduğu təşkilatlanma və Azərbaycanın bütün coğrafiyasında vətəndaşlarla təmasda olmaq tapşırığı davamlı olaraq həyat keçirilir.
Mayın 4-də baş tutmuş müşavirə isə Azərbaycan hakimiyyətinə utanc, cəbhəçilərə isə şərəfli və mübariz insanlar adını təqdim etdi.
Belə ki, AXCP rəhbərliyinə Ağstafa rayonunda partiya üzvləri ilə görüş keçirməyə icazə verilmədi. Dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət edilsə də  cəbhəçilərə YOX cavabı verildi. Vəziyyətin belə olduğunu görüb cəbhəçilər qonşu Gürcüstanın ərazisinə keçib, öz müşavirələrini keçirdiblər.
Tədbirdə iştirak etmiş AXCP Rəyasət Heyətinin üzvü  Eldar Hüseynov  bildirdi ki,  hakimiyyətin ənənəvi münasibəti nəticəsində tədbirimizi ölkənin xaricində keçirməyə məcbur olduq “Gürcüstan Respublikasi, Qardabani perfektinin Vaxtanqsi  qəsəbəsidə AXCP Aqstafa təşkiilatının müşavirəsini keçirtdik. 100-lərlə Aqstafa cəbhəçilərindən, yalnız vətəndaşlıq pasportu olan 42 nəfər Gürcüstan ərazisinə keçə bildi. Buna baxmayaraq biz açıq havada 2 saata yaxın genişləndirilmiş müşavirə keçirdik. Partiya rəhbərliyinin tapşırıqların cəbhəçilərə çatdırdıq”- deyə Eldar Hüseynov bildirdi.
Eldar Hüseynov onu da əlavə etdi ki, “ rayon İcra Hakimiyyətinə növbəti dəfə xəbərdarlığımızı bildirdik ki, əgər bir də bizə tədbir keçirməyə icazə verilməsə küçəyə çıxıb etiraz aksiyası keçirəcəyik”.

İlham