Bəşər Əsəd İsraili müharibəylə hədələdi

“Azadliq”-ın News.ru-ya istinadən verdiyi məlumata görə Bəşər Əsəd bildirib ki, əgər İsrail Suriyaya hərbi müdaxilə edəcəksə Suriya ilə İsrail arasında böyük müharibənin başlanğıcı olacaq.

Sərhəd boyunca Suriya ordusu raket sistemlərini hazır vəziyyətə gətirib. 24 saat ərzində Suriya ordusu İsrailə qarşı raket hücumu ilə cavab veriləcəyi gözlənilir.

Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, mayın 5-ə keçən gecə İsrail Suriyanın Jamraya elmi-araşdırma mərkəzinə hava zərbələri endirib. Məlumatda ölən və yaralananlar barədə heç nə deyilmir. Al-Arabiya telekanalı kompleksdə yarım saat ərzində səkkiz partlayışın baş verdiyi barədə məlumat yayıb.
Gecə hücumu barədə ən geniş məlumatı isə müxalif syriatruth.org saytı yayıb. Saytın məlumatına görə, gecə zərbələri nəticəsində 300 ölən və yaralı var, 18 İsrail təyyarəsi 43 hərbi obyektə zərbə endirib.
Ancaq bütün mənbələr İsrail təyyarələrinin Suriya ərazisinə daxil olmadığını, Livan hava məkanında zərbə endirdiyini bildirir.