Dodaq boyasında toksik metal dozası tapılıb

Kosmetik vasitələrdə kadmium, xrom, qurğuşum və alümin tapan Amerika alimləri 30-dan artıq dodaq boyası növündə ağır metalların yüksək dozasının olduğunu iddia edir. 

Kaliforniya üniversitetinin mütəxəssisləri qeyd edir ki, gündə iki-üç dəfə dodaq boyasından istifadə edən adamların mədə xərçənginə tutulması riski yüksəkdir. Çünki onların dərisinə daha çox xrom hopur. Daha çox dodaq boyası istifadə edənlər isə təcricən zəhərləmənin əlamətlərini hiss edə bilər. ABŞ-da kosmetik vasitələri üçün keyfiyyət standartlarında metal adı çəkilmir, ancaq Avropa Birliyi ölkələrində tərkibində bu maddələr olan dodaq boyalarının satışı qəti qadağandır.