Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Bu barədə APA-ya G. Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayət G. Əhmədovanın həbsinin qanunsuz olması ilə bağlıdır: “Şikayətimizi poçt vasitəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdik”.
Gülər Əhmədovanın işi Avropa Məhkəməsinə göndərildi
•


