Mayın 1-i saat 10:20 radələrində Bakı metrosunda texniki nasazlıq yaranıb. Metropolitenin baş mühəndisi Fuad Tağızadə “Media forum” saytına deyib ki, Dərnəgül xətti ilə hərəkət edən qatarın sonuncu vaqonunun tormoz-ötürücü sistemi tüstülənib. Olay “İnşaatçılar” stansiyasında baş verib.
Fuad Tağızadənin sözlərinə görə, sərnişinlər boşaldılıb və qatar depoya göndərilib: “Depoda yoxlama nasazlığın nədən yarandığına aydınlıq gətirəcək”.


