Gürcüstan Rusiya ilə diplomatik əlaqələri bərpa etməyəcək

«Nə vaxta qədər ki, Gürcüstan ərazilərinin 20 faizi Rusiya tərəfindən işğal olunub, diplomatik əlaqələrin bərpası mümkün deyil. Rusiya Gürcüstanın iki ərazisini müstəqil dövlət kimi tanıyır. Bu tanınma ləğv olunmasa və ərazilər işğaldan azad olunmasa, işğalçı ilə heç bir səviyyədə diplomatik əlaqələrin bərpası mümkün deyil». Bunu Gürcüstan XİN başçısı Maya Pandcikidze bəyan edib. Bununla belə o viza rejiminin yumşaldılması ilə bağlı danşıqların aparılması mümkün sayır.