Sabah Dövlət Neft Akademiyasında baş verən qətliamın 4-cü ildönümü qeyd olunacaq. Hər il olduğu kimi bu dəfə də gənclər təşkilatları birgə anım yürüşü təşkil edəcəklər. AXCP Gənclər Komitəsinin koordinatoru Dadaş Sadiqli bildirdi ki, hər il olduğu kimi, bu il də gənclər ADNA qurbanlarını yad edəcəklər. ” sabah saat 15:00 da, təyin olunmuş yerdə toplaşıb, bütün gənclər təşkilatları ilə birlikdə anım yürüşü edəcəyik”.
Anım tədbiri dinc şəkildə, şüar səsləndirmədən, ADNA –nın terror aktı baş vermiş korpusunun qarşısına gül dəstələri düzməklə həyata keçiriləcək.
Anım tədbirinin keçirilmə vaxtı bu gün müəyyən ediləcək.
Xatırladaq ki, hər il gənclərin dinc aksiyasına polis tərəfindən müdaxilə olunur, gənclərin gül dəstlərini təyin olunmuş yerə düzməsinə imkan verilmir.
Halbuki, bu anım mərasimində hakimiyyət əleyhinə yönəlmiş heç bir şüar sələndirilmir.
Sadəcə olaraq terror aktına etiraz edən gənclər “terrora yox” şüarı səsləndirirlər.
Gənclər anım yürüşü keçirəcək
•


