aslanismayilov-enyeni

“Məmləkət obyekt kimi idarə olunur”

aslanismayilov-enyeni«Azərbaycanda korrupsiya və rüşvətxorluq idarə sisteminin onurğa sütunudur»

Aslan İsmayılov: «Məhkəmələrin Prezident Aparatının bir şöbəsi qədər hüququ yoxdur»

Dövlət Departamentinin bir həftə əvvəl açıqladığı hesabatda Azərbaycandakı insan haqları, demokratiya, qanunun aliliyi ilə bağlı vəziyyət sərt tənqid olunub. Amma Azərbaycan hakimiyyəti bu tənqiddən nəticə çıxararaq, tədbirlər görmək əvəzinə əks təbliğat kampaniyası aparır. Hakimiyyət təmsilçiləri bu cür pozuntuların dünyanın bütün ölkələrində müşahidə olunduğunu iddia edərək, Azərbaycandakı proseslərin adi hal olduğunu vurğulayırlar. Dövlət Departamentinin hesabatında əksini tapan hüquqi məqamlarla bağlı suallarımızı tanınmış vəkil Aslan Ismayılova ünvanladıq:

– Çox qəribədir Azərbaycandakı korrupsiya faktları barədə danışanda hakimiyyət bəyan edir ki, bu bütün dünyada var. Birinci bütün dünyada korrupsiyanın mövcud olması ona dəlalət etmir ki, sən də korrupsioner olmalısan. Bu özü məntiqsiz bir müdafiədir. Ikincisi, Azərbaycanda olan qanun pozuntuları dünyanın heç yerində yoxdur. Yalnız Şimali Koreya və Orta Asiya ölkələrində bu cür hallar yaşanır. Başqa heç bir normal ölkədə belə hal yoxdur. Bütün seçkilərin saxtalaşdırıldığı, mülkiyyət hüququnun pozulması, insanların əmlaklarının əlindən alınması faktdır. Bütün dünya mətbuatında Zülfüqarlı qardaşlarının əmlakının əlindən alınması geniş işıqlandırılıb. Mötəbər beynəlxalq qurumlardan müracəitlər olunsa da, onlara məhəl qoyanlar yoxdur. Əksinə quldurluq edənlər ölkədə at oynadır.ÿ Bu hakimiyyətin acizliyinin göstəricisidir, ona görə ki, özünə hörmət edən hakimiyyət bu cür qanunsuzluqlara göz yummaz.

Notariat Kontoru Milli Məclisdən səlahiyyətlidir

– Hesabatda vurğulanır ki,ÿAzərbaycan, prezident tipli respublikadır. Qanunverici hakimiyyət Milli Məclisə məxsusdur. Praktikada isə prezident icraedici, qanunverici və məhkəmə hakimiyyətləri üzərində hökmranlıq edir. Bu məqamın altının cızılmasın necə dəyərləndirirsiniz?
– Hələ Dövlət Departamentinin hesabatında yumşaq yazılıb ki, prezident məhkəmə və qanunverici hakimiyyətə nəzarət edir. Prezidenti və Administirasiyada yüksək post tutanları demirəm, hətta bu binada əyləşən sıravi əməkdaşlar belə məhkəmələrə göstəriş verə bilir. Azərbaycan məhkəmələrinin Prezident Administirasiyanın bir şöbəsi qədər hüququ yoxdur. Milli Məclisin isə heç notariat kontoru qədər belə hörməti yoxdur, çünki notariat kontoru heç olmasa, hər sənədə möhür vurmur, bəzən əlavə sənədlər tələb edir. Milli Məclis isə Prezident Administirasiyasından gəlmiş qanunları möhürləmək ilə məşğuldur, çünki orada əyləşən şapalaq vuranların, alverçilərin, mağaza müdirlərinin qanundan anlayışları yoxdur, anlayışı olanlar isə laldır. Bu açıq faktdır və bunu heç kəs inkar edə bilməz.

Şəxsi mülkiyyətə heç bir hörmət yoxdur

– Hesabatda daha sonra vurğulanır ki, hakimiyyət mülkiyyət hüququna münasibətdə lazımi prosedurları gözləməyib. Mülkiyyət hüqunun Azərbaycanda ən tez-tez pozulan hüquqlar sırasında olduğu qeyd edilir?
– Bu artıq o deməkdir ki, bu sahədə o qədər pozuntu baş verib ki, cərəyan edən hadisələr dünya ictimaiyyətinin diqqətindən gizlətmək mümkün deyil. Qış Bulvarı adı altında insanların əmlakları dəyər-dəyməzinə alıblar. Bunu bir tərəfə qoyuram. Çünki hardasa əsaslandıra bilərlər ki,ÿbu ictimai ehtiyaclar üçün gərəkli idi. Amma ayrı-ayrı sahibkarların əmlaklarının, evlərinin əlindən alınmasına nə ad vermək olar. Özüm məşğul olduğum işləri sadalamaq istəyirəm. Zülfüqarlı qardaşlarının qanuni qaydada 2003-cü ildə özələşdirdikləri zavodları zorla əllərindən alıb, özlərini həbs ediblər və həbsdə olarkən zor tətbiq etməklə zavodlarının əsas hissələrini öz adlarına keçiriblər. Şükürov Məcnun adlı bir şəxsin Imişlidə bazarı olub. Onun bu mülkiyyətini zorla əlindən alıblar. Vladimir Rüstəmovun Neolit Şadlıq Evinin yanında olan 4 sot torpaq sahəsini mənimsəyiblər. Başqa bir misal Nizami küçəsi 68-də yaşayan Rüfət Dadayev adlı bir vətəndaşın evi mənimsənilib və mülkiyyətin sahibi çölə atılıb. Bu siyahını davam etdirmək olar. Bütün bu özbaşnalıqlarda hakimiyyətin ən üst qatında təmsil olunanların adı keçir. Mən hələ Bakının mərkəzində baş verənləri deyirəm. Rayonlarda bu daha kütləvi hal alıb. Hansı icra başçısı gəlir, deyir ki, bu obyekt mənim olmalıdır, yaxud burada şərikəm. Məmləkət sanki bir “obyekt” kimi idarə olunur. Ən əsası odur ki, məhkəmələrə edilən müracəitlərin heç bir nəticəsi yoxdur. Zülfüqarlı qardaşlarının mülkiyyətlərinin əllərindən alınması ilə bağlı 7 məhkəmə işi açmışıq. Amma bir işdə belə ədalətli qərar ala bilməmişik. Hakimlər bu tip işlərdə artıq açıq deyirlər ki, bu işlər üzrə qərarları onlar qəbul etmir, bu azmış kimi utanmadan bizim problemlərə şərik çıxıb deyirlər “Ə kişi, belə Allahsızlıq olmaz”. Heç olmasa rədd qərarını istəyirik ki, Avropa Məhkəməsinə müraciət edək, onu da vermirlər. ÿAli Məhkəmə ilə Appelyasiya Məhkəməsi arasında həyasız bir ötür- ötür oyunu gedir. Məhkəmə sistemi məmurların əlində oyuncağa çevrilib. Bütün bu qanunsuzluqların da arxasında kimin dayandığı bəllidir. Azərbaycanda kimdən istəyirsiniz soruşun Zülfüqarlı qardaşlarının əmlakını kim alıb, deyəcək. Metal işiylə məşğul olan şəxslərin əmlakını alanın Rasim Məmmədov olduğunu hamı bilir. Necə olur ki,ÿ Rasim Məmmədov adlı birisinin qarşısından prokurorluq, DIN qaçır. Deməli, onu himayə edən daha yüksək biriləri var. Bunlar Ramiz Mehdiyev və Bəylər Əyyubovdur. Bu qədər özbaşnalıq ola-ola Dövlət Departamenti bunları qeyd etməməli idi? Bu faktları inkar etmək və bildirmək ki, bunlar bütün dünyada var, buÿ özü böyük biabırçılıqdır. Heç Şimali Koreyada əmlakla bağlı belə münasibət yoxdur.

Hakimlər əmri yerinə yetirməsə, həbs olunacaq

– Sənəddə deyilir ki, hakimlər və prokurorlar Prezident Administrasiyası və Ədliyyə Nazirliyindən təlimatlar alırlar, syiasi sifarişlə qərar çıxarırlar.
– Keçən il bütün hakimləriÿ Ramiz Mehdiyev toplamışdı. O zaman o mesaj çatdırdı ki, hakimlərin hər birinin nəylə məşğul olduğu bizə yaxşı məlumdur. Bu nə demək idi? Bu o demək idi ki, biz sizin hər birnizin rüşvət aldığını bilirik. Sizə verilən göstərişləri icra etməsəz, həbs olunacaqsınız. Onlar da əmrləri yerinə yetirməyə məcburdurlar. Sovet dövründə də məhkəmə sistemi müstəqil olmayıb, o zaman da məhkəmələr Kommunist Partiyasına tabe olurdu. Amma belə biabırçılıq olmurdu. Yəni bu gün məhkəmə sistemi ayrı-ayrı məmurların, oliqarxların sifarişlərini yerinə yetirən bir qurumdur.

– Hesabatda vurğulanır ki, hakimlər adətən, hökmü açıq şəkildə oxumur, qərarlarını əsaslandırmır və müttəhimlərə izah etmirlər?
– Ümmumiyyətlə məhkəmə sisteminin rüşvət əsasında qurulmasını məmurların necə inkar etdiyini bilmirəm. Inkar edən məmurlara məsləhət görürəm ki, gedib bu gün öndə gedən Yasamal məhkəməsinin dəhlizində dursunlar və şıdırğı alveri dinləsinlər. Bütün məhkəmələrdə bu cürdür. Bunların əlində rüşvəti tutursan, hətta əllərindən imtina edirlər ki, bu əl bizim deyil. Xətai Məhkəməsində Zülfüqarlı qardaşlarının əmlaklarının əllərindən alınmasıyla bağlı bir proses başladı. Çıxarılan məhkəmə qərarının qət etdim hissəsinə qədər olan kəsimini istənilən televiziyada elan etsinlər. Elə təsəvvür yaranır ki, qərar Zülfüqarlıların xeyrinədir. Amma yekun hissəsində yazılır ki, iddia rədd olunsun.
Sual olunur niyə? Çünki hakim özünü sığortalayır ki, mən əlimdən gələni etmişən, sübutları saxtalaşdırmamışam.

Şöbə müdrindən şok etiraf

– Məruzənin korrupsiyaya aid hissəsində mülki xidmətdə, nazirliklərdə və hakimiyyətin ali eşelonlarında korrupsiyanın geniş yayıldığı və cəzasız qaldığı qeyd edilir. Bu məqamı necə dəyərləndirərdiniz?
– Sizləri və oxucuları yormamaq üçün xarakterik olan bir halı qeyd edim. Bu gün Azərbaycanda sosial təminat nazirliyindən çoxlu sayda regional işçilər tutulub.
Kimi 100, kimi isə 200 manat rüşvətlə həbsxanadadır.
Bütün ölkədə bilir ki, rayonlarda olan şöbələr hər ayın müəyyənləşdirilmiş günü “xurcunlarında” pulu nazirliyə daşıyırdılar, bu gün də daşıyırlar. Bir neçə gün əvvəl 1 saylı Kürdaxanı təcridxanasında olmuşam. Orada saxlanılan sosial təminat nazirliyinin şöbə müdiri birbaşa ərizəsində vurğulayıb ki, mən hər ay pulları aparıb nazirliyə təqdim etmişəm. Müəllimləri, həkimləri, bu cür xırda məmurları tutublar. Amma yüz minlər, milyonlar oğurlayanları indiyə qədər həbs ediblərmi? Ona görə bu günləri Azərbaycanda korrupsiya və rüşvətxorluq idarə sisteminin onurğa sütunudur.

– Elşad Abdullayevin yaydığı videolarla bağlı məqamlar da Dövlət Departamentinin hesabatında əksini tapıb. Bu işin heç olmasa hesabata düşməməsi üçün hakimiyyət müəyyən addımlar ata bilərdimi?
– Bu, mümkün deyil. Hakimiyyət bir nəfəri bu işlə bağlı tutub. Təşkilatçılar isə azadlıqdadır. Bütün ölkə bilir ki, Gülər Əhmədova bütün mənfi xüsusiyyətləri ilə birlikdə rüşvət alaraq parlamentə adam seçdirə bilməzdi. Videolar var. Bundan artıq hansı sübutlar lazımdır. Mən əsla Gülər Əhmədovanı müdafiə etmirəm. Çünki hesab edirəm ki, Gülər Əhmədova öz cəzasını çəkir. Amma ədalət prinsipi var. Bu rüşvətin başında duranlar bu gündə hakimiyyətdə təmsil olunduqları halda Gülər Əhmədova türməyə salınıb. Heç olmasa, kişiliklərinə sığışdırıb qadını tutmayaydılar.

Əxlaq dəyərlərinin tapdanması

– Şəxsi həyata özbaşına müdaxilələr, qanunsuz həbslər, polis məntəqələri və həbsxanalarda şübhəli ölümlər, ədalətsiz mühakimə də Dövlət Departamenti tərəfindən hesabata daxil edilib. Bu halların geniş vüsət alması nəyin göstəricisidir?
– Mən “NIDA”çı Zaur Qurbanlını müdafiə edirəm. Onun haqqında nə bir ifadə, nə bir sübut, nə də Zaur Qurbanlının molotov koktelindən xəbəri var. Amma ona qarşı ittiham irəli sürülüb. Dövlət Departamentinin hesabatının düz olmadığını deyənlər mənimlə məhkəməyə gəlsin və sübutun olub-olmadığını özü görsün. Şəxsi həyata müdaxilənin bariz nümunəsi isə Xədicə Ismayılova ilə bağlı baş verənlərdir. Bundan böyük şərəfsizlik ola bilməz. Bu addımları atanların, onu sifariş verənlərin heç birinin şərəf anlayışı yoxdur. Əxlaqi baxımdan bundan böyük əxlaqsızlıq ola bilməz. Bunlarıÿtəşkil edənlərin özlərinin lüt şəklini internetə yerləşdirsələr, xoşlarına gələr? Bundan böyük şərəfsizlik yoxdur. Əminəm ki, bu əxlaqsızlığı təşkil edənlərin özləri bu vəziyyətdə olacaqlar. Allah bunu heç kimə bağışlamaz.

– Sənəddə Azərbaycandaÿ sərbəst toplaşmaq, ifadə azadlığının məhdudlaşdırılması sərt şəkildə tənqid olunub. Hakimiyyətin bu siyasətinin perspektivləri varmı?
– Mən bu yaxınlarda “iqtisadiyyatı çökmüş, insanları acından ölən, insan haqlarının kütləvi şəkildə pozulduğu” Almaniyada idim. Münhendə “müharibəyə yox” şüarı altında aksiya keçirilirdi. Məqsəd alman əsgərlərinin Iraqda, Əfqanıstanda iştirakının yasaqlamaq idi. Təxminən iki kilometr həmin mitinqi müşayət etdim. Bu mitinq Münhendəki mərkəzi vağzalın qarşısından tutmuş mərkəzi küçələrlə keçdi. Mitinqçilərin qarşısında polis gedirdi ki, təhlükəsizliyi təmin etsi«Azərbaycan məhkəmələrinin Prezident Aparatının bir şöbəsi qədər hüququ yoxdur»nlər. Daha sonda isə təcili tibbi yardım maşını vardı. Siz belə bir görüntünü Azərbaycanda təsəvvür edirsinizmi? Hakimiyyət deyir ki, mitinqi “20-ci sahədə” keçirin. Eyni məntiqlə demək olar ki, gedin mitinqi Şahdağda keçirin. Bakıda minlərlə küçə var. Hətta mitinqə uzaq sahədə yer verilməsinə rəğmən həmin gün o əraziyə gedən marşurutları da məhdudlaşdırırlar. Ümummiyyətlə sərbəst toplaşmaq haqqını pozmaq hakimiyyətin özünə ziyandır. Çünki insanlar toplaşıb, içlərindəki olan qəzəbi çıxışlarında püskürürlər və bir az sakitləşirlər. Amma həmin qəzəb insanların içərisində yığılanda Ismayılı, Quba hadisələri baş verir.

Xəyal