«Lalə Şövkət demokratik qüvvələrin daha geniş spektrdə əməkdaşlığına ehtiyac olduğunu düşünür»
“Lalə Şövkət və Liberal Partiyası demokratik qüvvələrin daha geniş spektrdə əməkdaşlığına ehtiyac olduğunu düşünür”.
Bunu ALP sədri Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuraya dəvət olunmasına münasibət bildirərkən deyib. Qeyd edək ki, “El” Hərəkatının funksioneri Eldəniz Quliyev L.Şövkətin Rüstəm Ibrahimbəyovun ideya müəllifi olduğu Milli Şuraya qoşulmasını arzu etdiklərini vurğulayıb: “Lalə xanım istənilən birliyə demokratik ab-hava gətirə bilər. Onu Milli Şurada görmək istəyirik. Lalə Şövkətin Milli Şurada təmsil olunmağı ancaq bizim xeyrimizə olacaq”.
Ə.Temirxan Lalə Şövkətin Milli Şura ideyasına müsbət yanaşdığını, ideyanı dəstəkləyə biləcəklərini deyir: “Ümumxalq maraqları, xalqın bütün təbəqələrinin istəyini ifadə edən demokratik qüvvələrin mümkün qədər geniş çevrədə əməkdaşlığına ehtiyac var. Xalqın bütün təbəqələrinin imkan daxilində Milli Şurada təmsil olunmalıdır. Bu müstəvidə Milli Şura ilə əməkdaşlığa hazırıq”.


