Mərhum Kamran Məmmədovun valideynləri «Azadlıq»a danışdı
Bir neçə gün əvvəl qətlə yetirilən əsgər Kamran Məmmədovun valideynləri hadisə barədə “Azadlıq”a danışıb. Mərhumun valideynləri bildirib ki, Kamran Məmmədovun dəfninə gələn hərbi hissənin zabitləri onu qətlə yetirən əsgər Xəyyam Asif oğlu Bayramovun narkoman olduğunu iddia edib. Zabitlər deyib ki, Xəyyam Bayramovun biləklərində çoxlu sayda kəsiklər olub.
Bu baxımdan hərbi hissə onu qəbul etməyib. Həmin əsgər Müdafiə Nazirliyinin mərkəzi hosbitalınada müayinəyə göndərilib. Mərkəzi hospitalın psixatiriya şöbəsində müayinə edilən əsgərin sağlam olması haqqında rəy verilib. Və o yenidən hərbi hissəyə göndərilib.
Zabitlər onu da qeyd edib ki, Xəyyam Bayramov hərbi hissəni 20 gün özbaşına tərk edib. Buna baxmayaraq hərbi hissə rəhbərliyi buna görə onun barəsində ölçü götürməyib. Hərbi hissənin zabitləri yerli kənd sakinləri ilə söhbətində deyiblər ki, Xəyyam Bayramov hətta 23 yaşında oxuduğu təhsil müəsissəsindəndən qovulub.
Həmçin bəlli olub ki, Kamran Məmmədovun əkiz qardaşı, əsgər Imran Məmmədov Müdafiə Nazirliyinin mərkəzi hospitalında qardaşının ölüm xəbərini eşidəndən sonra hay-küy saldığından hərbi rütbəsi polkovnik olan zabit tərfindən vəhşicəsinə döyülüb. Qardaşının yaûs mərasiminə buraxılan Imran Məmmədovun səhhəti ağırdır.
Bu arada məlumat yayılıb ki, Kamran Məmmədovun dəfn mərasimində qarşıdurma yaranıb. Onun qətlinin araşdıran hüquq-mühafizə orqanları dəfnə imkan verməyiblər. Bu da mərhumun yaxınları ilə hüquq-mühafizə orqanları arasında qarşıdurmaya səbəb olub.
Hərbi prokurorluq məsələyə münasibət bildirib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəzi KIV-də guya mərhum əsgər Kamran Məmmədovun Göygöl rayonunda dəfn mərasimi zamanı qarşıdurma yaranması və hüquq-mühafizə orqanları tərəfindən mərhumun dəfninə icazə verilməməsi barədə yalan məlumatlar dərc edilib: “Birmənalı olaraq bildiririk ki, hər hansı qarşıdurmanın baş verməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Mərhum Kamran Məmmədov torpağa tapşırılıb və onun dəfninə heç bir maneçilik törədilməyib”.
Xatırladaqÿki, Kamran Məmmədov Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində xidmət keçib. Əsgər yoldaşı onu bıçaqlayaraq öldürüb.


