Medvedevin müavinin xanımı Bakıya buraxılmadı

Rusiyanın baş naziri Dmitrii Medvedeviin birinci müavini Arkadii Dvorkoviçin xanımı Zümrüd Rüstəmvanın Azərbaycanda biznes qurumasına qeyri-rəsmi qadağa qoyulub. Bu barədə AZNEWS.AZ-a etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, əslən azərbaycanlı olan Zümrüd Xandadaş qızı Rüstəmova Medvedevin birinci müavini Arkadii Dvorkoviçin xanımıdır. O, «Polimetall» və «Maqnitoqorskiy metallurqiçeskiy kombinat» Açıq Tipli Səhmdar cəmiyyətinin direktorlar şurasında təmsil olunur və bu qurumlarda böyük aksiya sahibidir.
Zümrüd xanım Azərbaycanda da metal və metallurgiya biznesi ilə məşğul olmaq niyyətindəymiş.

Artıq burada bir sıra şirkətlərlə söhbətlər aparıb və müəyyən razılığa gəlibmiş. Lakin onun Azərbaycana səfərinin günü müəyyənləşəndən sonra ölkəyə gəlməyinə rəsmi-səviyyədə icazə verilməyib. Onun ölkəyə buraxılmamasının əsl səbəbləri barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik.

Xatırladaq ki, 43 yaşlı Rüstəmova 1970-ci ildə bəzi mənbələrə görə, Qubada, digər mənbələrə görə isə Dərbənddə anadan olub. Onun atası Xandadaş Rüstəmov 90-cı illərdə Moskvaya köçüb və qızının аdı ilə «Zümrud» şirkətini təsis edib. Zümrüd xanım Dvorkoviçlə 90-cı illərin ortalarında tanış olub. Onlar 2000-ci ildə evləniblər. İki uşaqları var.