İbrahimbəyovdan AXCP sədrinin çağırışına dəstək

«Baş verənlərlə bağlı bəyanat hazırlayıram»

Tanınmış dramaturq Rüstəm Ibrahimbəyov Milli Şura ilə bağlı “EL” hərəkatına xüsusi tapşırıqlar verib. R.Ibrahimbəyov tərəfdarlarına göstəriş verərək işi ləngitməməyə çağırıb. Bunu “Modern.az”a açıqlamasında hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.
Onun sözlərinə görə, R.Ibrahimbəyovun yeganə narahatlığı ondan ibarətdir ki, bu iş daha intensiv olmalıdır. Çünki təkcə vaxt deyil, həm də şanslar itirilə bilər.
Son dövrlər müxalifət qüvvələrin fəallaşması hakimiyyəti də narahat etməyə bilməz. Qarşı tərəfi ittiham edən rəsmi mətbuat və YAP təmsilçiləri təhqirdən belə çəkinmirlər.
Hazırda Moskvada olan Rüstəm Ibrahimbəyov “Azadlıq”a açıqlamasında bütün bunlarla bağlı bəyanat hazırladığını bildirdi. Tanınmış dramaturq baş verən proseslərə və hakimiyyət təmsilçilərinin reaksiyalarına bu bəyanatla cavab verəcək.
R.Ibrahimbəyov həmçinin AXCP sədri Əli Kərimlinin də birlik çağırışını dəstəklədiyini bildirdi.

Fizzə