Buna səbəb ölkədə lazımi şəraitin olmamasıdır
Azərbaycan Konkisürmə Federasiyası (AKF) Beynəlxalq Konkisürmə Ittifaqı (ISU) üzvlüyündən xaric oluna bilər. Bu haqda “lent.az”a Azərbaycan Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev məlumat verib.
Onun sözlərinə görə, səbəb ölkəmizdə konkisürmə növünün inkişafı üçün lazımi şəraitin yaradılmamasıdır: “2011-ci ildə Beynəlxalq Konkisürmə Ittifaqının prezidenti Ottavio Çinkvanta Bakıya səfərə gəldi. Biz ona tezliklə konkisürmə növlərinin inkişafı üçün lazımi işləri tezliklə görəcəyimizə söz verdik. Amma üstündən 2 il keçsə də, vəd yerinə yetirilməmiş qalır”.
Quliyev bildirib ki, belə davam etsə, Beynəlxalq Konkisürmə Ittifaqının 2014-cü ildə Irlandiyanın paytaxtı Dublində keçiriləcək növbəti konqresində bu haqda qərar çıxarılacaq.
Qeyd edək ki, Heydər Əliyev adına Idman Konsert Kompleksində inşa edildiyi ilk illərdə buz meydançası salınsa da, tezliklə götürülüb.


