Bu gün Nəsimi rayon məhkəməsində AXCP üzvü Dəyanət Babayevin məhkəməsinə hazırlıq iclası keçirilib.
Bu barədə Avropa.info-ya AXCP üzvünün özü məlumat verib. Onun dediyinə görə, hazırlıq iclasında vəkili Əsabəli Müstafayev üzürlü səbəbdən iştirak etmədiyi üçün dövlət tərəfindən vəkillə təmin olunub. “Bu günki hazırlıq iclasında hüquqlarımı özüm müdafiə etdim. Onu da bildirim ki, məhkəmə zalı cəmi 10-12 adam tuturdu. Gələn iclaslarda belə olsa etiraz edəcəyəm.” AXCP üzvü məhkəmə prosesinə gənclərin aktiv iştirak etməməsindən də gileylənib. “Nədənsə məhkəməyə az adam gəlmişdi. Cəmi iki gənc cəbhəçi iştirak edirdi, 5-6 nəfər isə yaşlı AXCP üzvü var idi.Mənə dəstək lazımdır.Yəqin ki, qarşıda gələn məhkəmə proseslərində aktiv iştirak edərlər” Xatırladaq ki , Dəyanət Babayev ötən ilin noyabrın 7-də vətəndaş Səlimov Tofiq Fuad oğluna fiziki təzyiq göstərməkdə ittiham olunur.
Nəsimi rayon polis idarəsində ona Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi açılıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə bu ittihamları qondarma sayırlar.


