![]()
Bu il fevralın 4-də həbs olunan REAL sədri İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Faud Ağayev şəxsi bloqunda məlumat yayıb. “Bu ilin fevralında Azərbaycan Respublikasının Prokurorluğu, ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Daxili İşlər Nazirliyi, yerli məhkəmələrin, bir sözlə Azərbaycan iqtidarının REAL sədri İlqar Məmmədovun hüquqlarını kobud və çox sayda pozması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişik. Şikayətdə Konvensiyanın 5 (azadlıq hüququ), 6(2) (təqsirsizlik prezumpsiyası), 13 (səmərəli hüquq müdafiə vasitələri hüququ), 14 (ayrıseçkiliyin qadağası) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədə məsələlər qaldırılmışdır.Avropa İnsan Hüquqları Məhkəməsi artıq həmin şikayətə prioritet verərək, onu Azərbaycan dövlətinə kommunikasıya etmiş, yəni iqtidarı rəsmi məlumatlandırmış və sadalanan maddələr ilə bağlı ona suallar vermişdir. Azərbaycan dövlətinə bu il iyunun 18-nə kimi öz mülahizələrini təqdim etmək təklif olunmuşdur”, – deyə vəkil F.Ağayev bildirir (Deyerler.org).


