Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, ən böyük arzusu Gürcüstan-Rusiya münasibətlərinin yoluna qoyulmasıdır. Bununla belə baş nazir əmindir ki, problemin həlli üçün ölkəsinə beynəlxalq yardım da lazımdır. Bu fikirləri İvanişvili Strasburqda AŞ PA-nın iclasında səsləndirib.
İvanişvili qeyd edib ki, Gürcüstanın Rusiya ilə əlaqələri prinsipial, lakin korrekt olacaq. Eyni zamanda hökumət başçısı qeyd edib ki, ölkəsində hakimiyyət dəyişikliyinin baş verməsinə baxmayaraq Gürcüstanın Qərb oriyentasiyasına alternativ yoxdur. Çünki NATO və Aİ-a inteqrasiya konkret siyasi qrupun deyil, gürcü xalqının seçimidir.


