Bakıda yeni tikilən avtodayanacaq çökdü

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Azadlıq” meydanında tikilən avtodayanacaq çöküb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, çöküntü bu gün səhər saatlarında baş verib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması bəlli deyil.

Bakı şəhər İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerində qurumun işçiləri vəziyyəti qiymətləndirirlər.