
Rusiya Federasiyasının Belqorod şəhərində baş verən atışma zamanı 6 nəfər ölüb, 1 nəfər yaralanıb
APA-nın verdiyi məlumata görə, aprelin 22-də yerli vaxtla saat 14.00 radələrində şəhərdəki “Oxotnik” mağazasına qara rəngli BMW yaxınlaşıb. Avtomobildən çıxan silahlı kişi küçədəki və mağazadakı insanlara atəş açıb. Nəticədə küçədə 2, mağazada isə 4 nəfər ölüb. Qatil hadisə yerindən qaçıb.


