ABŞ-dan Suriya müxalifətinə 120 milyonluq yardım

ABŞ Dövlət katibi Con Kerri ölkəsinin Suriyanın müxalifət qüvvələrinə 123 milyon dollar əlavə yardəm verəcəyini bəyan edib.  Kerri bu bəyanatı Suriya ilə bağlı İstanbulda keçirilən beynəlxalq görüşdən sonra səsləndirib.
O qeyd edib ki, Suriya müxalifəti ilə onun xarici tərəfdarları növbəti yardımın üsyançıların hərbi komandanlığı vasitəsi ilə edilməsinə qərar veriblər.
ABŞ dövlət katibi Bəşər Əsəd rejimini dinc sakinlərə qarşı ballistik raketlərdən istifadə etməkdə ittiham edib və bildirib ki, “Suriyanın dostları qrupu”- nun 11 üzvü Suriyada keçidin dinc yolla baş tutmasını istəyirlər.

Suriya milli müxalifət koalisiyası isə qəti şəkildə terrorçuluğa qarşı olduğunu bildirib və ona verilən silahın özgə əllərə keçməsinə yol verməyəcəyini vəd edib.
Suriya müxalifəti rejimlə mübarizə aparmaq üçün dəfələrlə beyənlxalq aləmdən ağır hərbi texnikalar istəyib.
Amma bu tələb İstanbul görüşündə səsləndirilməyib.