Məktəblərdə “Gül bayramı”na görə pul yığılır

“Azadlıq”a gələn şikayət məktubları sırasına yeni bir mövzu da əlavə olunub. May ayında keçiriləcək “Gül bayramı”na görə pul yığılmasından narazılıq edən valideynlər bildirir ki, bəzi orta məktəblər sinifdəki hər şagirddən 1 manat alınır.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun  rəhbəri Bayram Hüseynzadə “Azadlıq”a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq və bu barədə mətbuata məlumat veriləcək: “Təhsil Nazirliyinin təhsil müəssisələrilə bağlı heç bir valideynin köməyinə ehtiyacı yoxdur. Bütün ehtiyacları dövlət ödəyir. Amma ”Gül bayramı”yla əlaqədar məktəblərdə pul yığılması məsələsini aydınlaşdırandan sonra məlumat verə bilərik”.

İnformasiya şöbəsi