Boston terrorunu törədənlər Rusiyadandır

Associated Press agentliyi xəbər verir ki, Boston marafonunda partlayış törətməkdə şübhəlilər əslən Rusiyanın Çeçenistana qonşu regionundandırlar.

azeri anchor

ABŞ polisi hazırda Boston yaxınlığında şübhəlilərdən birinin həbsi üçün irimiqyaslı əməliyyat aparır.
İkinci şübhəli cümə günü axşam polis tərəfindən öldürülüb.
Agentlik xəbər verir ki, sağ qalan şübhəli 19 yaşlı Cövhər Tsarnayevdir. O, son bir ildə ABŞ-da yaşayıb.
Boston yaxınlığındakı Massaçusets Texnoloji Universitetinin ərazisindəki atışma vaxtı polis əməkdaşının ölümcül yaralanmasından sonra genişmiqyaslı əməliyyat keçirilir.
Yerli prokuror deyib ki, polisi güllələyən şübhəlilər ələ keçirdikləri maşınla izi itirməyə çalışıblar.
Bir qədər sonra onların silahla hədələdiyi sürücü azad olunub.
Hadisənin yer aldığı Watertown şəhərinə çoxsaylı polis göndərilib.
Şahidlər partlayış və atəş səsləri eşitdiklərini deyirlər.
Polis axtarılan şəxsin bazar ertəsi Bostonda partlayış törətməkdə şübhəli olduğunu təsdiqləyib.
Daha öncə çəkilən videogörüntüdə polis əhatəsində yerə yatızdırılan kişini görmək olar.
FTB Bostonda marafonun finiş xətti Klikləyin yaxınlığında bazar ertəsi üç nəfərin ölümünə və yüzdən çoxunun xəsarət almasına bais olmuş partlayışa aidiyyəti olmaqda şübhəli iki şəxsin fotoşəkillərini dərc edib.
Bir neçə saniyə ərzində baş vermiş iki partlayış nəticəsində 8 yaşlı Martin Riçard, 29 yaşlı Kristi Kembell və, qohumları yaşını elan etməməyi xahiş etmiş, bir çinli tələbə-aspirant həlak olub, 170 nəfərdən çoxu xəsarət alıb.

footer second option 1