
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsi barədə orden verilib. Bu barədə Pakistan məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Uzun müddət sürgün həyatı yaşadıqdan sonra ölkəsinə qayıdan Pərviz Müşərrəf konstitusiyanı pozmaqda və məhkəmə hakimlərini qeyri-qanuni həbs etdirməkdə ittiham olunub.
Qeyd edək ki, yerli məhkəmə sabiq prezidentin həbsinə orden versə də, polis əməkdaşları məhkəmə prosesindən sonra onu saxlaya bilməyib. Cangüdənlərinin köməyi ilə məhkəmə zalından qaçan Pərviz Müşərrəf ölkə ərazisində gizlənib.
Məlumat üçün bildirək ki, Pakistanın sabiq dövlət başçısı barəsində çıxan qərara etiraz etmək üçün Ali Məhkəməyə apelyasiya şikayəti verə bilər (faktxəbər.com).


