ABŞ-da dəhşətli partlayış

ABŞ-ın Texas ştatındakı gübrə zavodlarından birində güclü partlayış baş verib. İlkin məlumatlarda partlayış nəticəsində azı 70 adam öldüyü deyilsə də, sonrada ölənlərin sayı müxtəlif mənbələrdə 5-15 arası göstərilir. 

Hadisə ABŞ vaxtı ilə saat 19.50-də baş verib. Patlayışa nəyin səbəb olduğu hələlik bilinmir. Yüzlərlə yaralı olduğu deyilir.

Partlayışdan sonra güclü yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısını almaq üçün tədbirlər görürlər.

Hadisə nəticəsində fabrikin yaxınlığında olan evlər ziyan çəkib, dağıntılar var. Dağıntılar altında qalanların olduğuda istisna edilmir.