ABŞ-ın məxfi xidməti prezident Barack Obamaya ünvanlanan məktubda şübhəli maddə aşkar edib.
Məktub bazar ertəsi aşkarlanıb. Amma təhlükəli maddənin nədən ibarət olduğuna aydınlıq gətirilmir.
Xidmətin məlumatına görə məktub poçt xüsusi avadanlıqla adi yoxlama zamanı aşkar edilib.
Bundan əvvəl respublikaçı senator Roger Wickerə də ölümcül zəhərli məktub göndərildiyi aşkar edilib.
Hakim dairələrin məlumatına görə, həmin məktub Tennessi ştatının Memfis şəhərindən göndərilib.
azadliqradiosu


