İranda iki gündə ikinci zəlzələ

Ötən gün 7,8 bal gücündə zəlzələ baş vermiş İranda yenidən yeraltı təkanlar qeydə alınıb. RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, amerika seysmoloqları İranın Zahedan şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar bu səhər saat 07:15-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar haqda məlumat verilmir.

Xatırladaq ki, ötən gün İslam Respublikasında qeydə alınan 7,8 ballıq zəlzələdə 40 nəfərin öldüyü, yüzlərlə insanın xəsarət aldığı bildirilsə də, İran tərəfi ölənlərin olduğunu təkzib etmişdi. İSNA agentliyinin məlumatına görə, zəlzələ nəticəsində yaralananların sayı 27-yə çatıb. Bu barədə Sistan və Bəlucistan vilayətinin başçısı məlumat verib.

İran polisinin rəis müavinin Əhməd-Rəza Radan isə bildirib ki, fəlakətlə bağlı zəlzələ zonasına əlavə polis qüvvələri və helikopterlər görndərilib (ans press).