Cümhuriyyətin 95 illiyi niyə yada düşmür?

Hökumətin başı Heydər Əliyevin 90 illik yubileyinə qarışıb

Qarşıdan may ayı və yubileylər gəlir. Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyi və keçmiş prezident Heydər Əliyevin 90 illiyi qarşıdan gələn əlamətdar hadisələr sırasında sadalanır. Əldə etdiyimiz məlumata görə, Nazirlər Kabineti hökumətin icra strukturlarına Heydər Əliyevin yubileyinin genişmiqyaslı şəkildə keçirilməsi barədə göstəriş verib. Fəqət Cümhuriyyətin 95 illiyi rəsmilərin yadına düşmür.
Yazıçı-publisist Mehriban Vəzir deyir ki, Azərbaycandakı hazırkı hakimiyyətin Cümhuriyyətə soyuq münasibəti uzun illərdir göz qabağındadır: “Bu hakimiyyətin nümayəndələri ADR-in, Cümhuriyyətimizin psixoloji, mənəvi və hüquqi baxımdan varisləri deyil. Onlar Cümhuriyyət hakimiyyətini devirib hakimiyyətə gələn insanlardır. Ona görə də mövcud hakimiyyətin nümayəndələri təbii ki, özlərinə aid bütləri təbliğ edəcək. Rəsulzadə və Cümhuriyyət onlar üçün dəyərli deyil. ADR və onun qurucuları yalnız bizim üçün dəyərlidir”.
Publisist onu da qeyd edir ki, mövcud rejimdən bundan artığını gözləməyə dəyməz. Çünki hazırkı rejimin Azərbaycanda dövlətçiliklə bağlı ikili dəyərlər sistemi var.

Nigar