ABŞ Konqresinin Xarici Məsələlər Komitəsi gələn həftə Azərbaycan, Rusiya, Özbəkistan və Çində insan alveri ilə bağlı vəziyyəti müzakirə edəcək. Bu barədə Turan-ın Vaşinqton müxbiri Konqresdəki mənbələrə istinadən bildirib.
Dinləmələrdə traffikinq məsələləri üzrə keçmiş səfir Mark Laqon, əmək məsələləri üzrə beynəlxalq proqramın direktoru Brayan Kempbel və başqaları çıxış edəcəklər.


