«Maqnitski siyahısı»nın davamı olacaq

ABŞ-ın açıqladığı və 18 rusiyalı məmurun adının salındığı «Maqnistki siyahısı»nın davamı da ola bilər. RBK daily-nin əldə etdiyi məlumata görə, açıqlanan 18 addan əlavə daha 280 rusiyalıya qarşı sanksiyalar təbiq edilə bilər. Onların arasında yüksək rütbəli məmurlar və «Putinin dostları» da ola bilər. ABŞ bu şəxsləri siyahıya salmayıb, Rusiya da öz növbəsində ABŞ-da dünyasını dəyişən uşaqları övladlığa götürənlərə qarşı sanksiya tətbiq etməyib. Lakin Rusiya tərəfi iki dövlət arasında bu sahədə böhranın ilk mərhələsinin yaşandığını ehtimal edir.

RBK daily-nın ehtimalına görə, Rusiyanın yüksək rütbəli məmurlarının siyahıya salınmaması ABŞ tərəfindən alverin başlanqıcı hesab oluna bilər. Çünki siyahını təsdiq edən Dövlət Departamentinin bu addımı senatorların istəkləri ilə üst-üstə düşmür. Ona görə də bu əhvalatın davamını gözləmək lazımdır. Ancaq ABŞ siyahının tam olmadığını artıq nümayiş etdirib.