General hakimiyyəti təşvişə salıb

“KQB” generalı Vaqif Hüseynovun “Milyarderlər Ittifaqı”na qoşulması hakimiyyətin narahatlığına səbəb olub. “Azadlıq”a daxil olan məlumatlara görə, iqtidar heç bir vəchlə “Milyarderlər Ittifaqı”nın genişlənməsini istəmir. Digər tərəfdən Vaqif Hüseynov xüsusi xidmət orqanının rəhbəri olmuş şəxs kimi həm kifayət qədər məlumatlıdır, həm də əlaqələrə malikdir. Bu baxımdan hökumət belə bir adamın “Milyarderlər Ittifaqı”na qoşulmasını ciddi təhlükə sayır.
Xatırladaq ki, Vaqif Hüseynovun “Milyarderlər Ittifaqı”na qoşulması barədə bir neçə gün əvvəl yayılıb və təkzib olunmayıb. Onun “Milyarderlər Ittifaqı”nın rəhbəri Abbas Abbasovla və qurumun təsisçilərindən olan tanınmış dramaturq Rüstəm Ibrahimbəyovla sıcaq münasibətləri var.

Informasiya şöbəsi