Bir müddət əvvəl ölkə başçısı İlham Əliyevə müraciət edərək Rumıniyadakı səfir vəzifəsindən geri çağırılmasını istəyən və az sonra həmin vəzifədən geri çağılan, lakin Serbiya, Monteneqro və Bosniya və Herseqovinada səfir vəzifələrində saxlanılan Eldar Həsənov haqqında yeni məlumat yayılıb. “Aznews.az” saytının yaydığı məlumata görə, E.Həsənovun yaxın günlərdə səfir kimi fəaliyyət göstərdiyi bu ölkələrdən də geri çağırılması və Rusiyaya səfir göndərilməsi planlaşdırılıb. Məlumatda deyilir ki, bu barədə artıq Rusiyada hazırkı səfir Polad Bülbüloğlu da xəbərdar edilib.
Məlumatla bağlı “Azadlıq” qəzeti E.Həsənova yaxın şəxslərlə əlaqə saxlayıb. Onlar bu məlumatın doğru olmadığını bildirib, E.Həsənov haqqında yayılan növbəti şaiyə kimi qiymətləndiriblər.


