Iranın Marağa inqilab məhkəməsi Güney Azərbaycan milli fəalları Abbas Vəlizadəni və Mehdi Kuhiyanı azadlıqadan məhrum edib. Şərqi Azərbaycanın Məlikkəndi şəhərindən olan 25 və 23 yaşlı milli fəallar A.Vəlizadə və M.Kuhiyanla bağlı məhkəmə qərarında “Facebookda fəaliyyətlərinə görə” uyğun olaraq 8 və 1 il həbs cəzası almaları əksini tapır.
Hakim A.Vəlizadəni və M.Kuhiyanı millətçi, anti-Iran fəaliyyətdə, Güney Azərbaycanın milli liderlərindən Mahumdəli Çöhrəqanlının “Ameirakanın Səsi” radiosuna müsahibəsinin videosunu saxlamaqda, M.Kuhiyan isə Təbrizin “Traktorsazi” komandası fanatlarının şəkillərini mediaya göndərməkdə və s. ittiham edilir. Hər iki fəal 2013-ci ilin sonunda həbsə alınıb, evlərində və dükanlarında axtarış aparılıb, hazırda Marağa həbsxanasında saxlanılırlar.


