İP KŞ İbrahim İbrahimlinin döyülməsi ilə bağlı bəyanat verdi

İctimai Palatanın Koordinasiya Şurası qurumun üzvü İbrahim İbrahimlinin Naxçıvanda vəhçiliklə qarşılaşması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

Bu gün Naxçıvanda İP KŞ-nin üzvü , tanınmış ictimai siyasi xadim İbrahim İbrahimli bacısı oğlunun yas mərasimində iştirak edərkən özlərini hüquq muhafizə orqanlarının nümayəndələri kimi təqdim edən mülki formalı şəxslər tərəfindən oğurlanıb. İ. İbrahimli bu şəxslər tərəfindən kimsənin olmadığı yerə aparılaraq təhqir edilib, fiziki zorakılığa məruz qalıb. İctimai Palatanın Koordinasiya Şurası baş verən hadisəni hakimiyyətin siyasi rəqiblərinə qarşi indiyə qədər həyata keçirdiyi terror əməlinin davamı kimi dəyərləndirir. Seçki ilində baş verən bu vəhşi olayı məqsədyönlü, təsadüfi olmayan və rejim tərəfindən həyata keçirilən terror aktı kimi qiymətləndirir. İP KŞ hakimiyyəti hadisəyəyə rəsmi münasibət bildirməyə çağırır, günahkarların dərhal məsuliyyətə cəlb olunmasını tələb edib.
İP KŞ bu biabırçı olaya görə dövlət başçısının rəsmi məsuliyyət daşıdığını xatırladaraq feodal idarəetmə düşüncəsindən çəkinməyə, cəmiyyəti məqsədli olaraq qarşıdurmaya sürükləməməyə çağırıb.