Azərbaycanda dövlət idarələrində internet qadağası

Azərbaycanın dövlət idarələrində çalışan işçilərə iş vaxtı internetdən istifadəyə qadağa qoyulması ilə bağlı “yuxarılardan” göstəriş gəlib.

Avropa.info-nun dövlət strukturlarında olan mənbədən aldığı məlumata görə, hətta bir çox idarələrinə aşağıdakı məzmunda məktub da göndərilib.

“Bildiririk ki, bizə daxil olan məlumatlara görə, rəhbərlik etdiyiniz strukturda (burada hər dövlət strukturunun öz adı göstərilir-red) bəzi işçilər iş günü ərzində ehtiyac olmadan internetdən istifadə edir, fəaliyyətə aidiyyatı saytlara daxil olur, işlə əlaqəsi olmayan məlumatları şəxsi məqsədlər üçün köşürürlər. Bu isə əlvə enerji və vaxt itkisinə səbəb olmaqla yanaşı, içşilərin öz vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə nəticələnir. Qeyd edilənlərlə əlaqədar internet istifadədə qayda yaratmaq məqsədi ilə rəhbərlik təşkilatın fəaliyyəti ilə bağlı saytların siyahısını tərtib etməyiniz sizə tapşırılır.”