“Qəbələ RLS-dən imtina münasibətlərə təsirsiz ötüşməyəcək”

«Rusiya ilə Azərbaycan arasında gərginlik daha da artacaq»

Rusiya tərəfinin Qəbələ RLS-lə bağlı imtinasından sonra Azərbaycan rəsmiləri bunun iki ölkə arasındakı münasibətlərə heç bir təsir göstərməyəcəyi ilə bağlı açıqlamalar verirlər. Dünən isə Rusiyanın tanınmış politoloqlarından biri Rusiyanın bu qərarının münasibətlərə təsir ötüşməyəcəyini bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan hökumətinin baş verənlərdən açıq-aşkar narahatçılıq keçirdiyini deyir: “Azərbaycan rəsmilərinin bu narahatlığını anlayıram. Rusiya ilə münasibətlər bundan sonra daha da gərgin olacaq. Dağıstanda və Moskvada “Sadval”ın toplanması, azərbaycanlı oliqarxların Rusiyada bir araya gəlməsi, Dağıstanda qoşunların yığılması, Putinin Qarabağ münaqişəsinin həllinə maraq göstərməməsi – bütün bunlar münasibətlərdə sualların sayının çox olduğunu göstərir. Azərbaycan tərəfi Qəbələ RLS-lə bağlı məlum qərarın gərginlik yaratmayacağını iddia edir. Amma reallıqda bu belə deyil. Bu, Putin üçün bir itki oldu. Rusiya xarici bazasını itirdi. Baxmayaraq ki, Qəbələ hərbi nöqteyi-nəzərdən Rusiyaya lazım deyildi. Çünki bu stansiyanın daha müasirini Krasnodarda inşa ediblər. Rusiya Federasiya Şurasının sədr müavini çox maraqlı bir açıqlama verib. Bir tərəfdən deyir ki, Qəbələ RLS-in qapadılması Rusiya Azərbaycan münasibətlərinə təsir etməyəcək, o bir tərəfdən də deyir ki, münasibətlərdə uyğunsuzluq var. Uyğunsuzluq nə deməkdir? Deməli, münasibətlərdə problemlər var. Bu qərarla problemlər bir qədər də dərinləşə bilər. Bəzən deyirlər ki, bu baza Rusiyaya lazım deyildi. Lazım deyildisə, bu bir ildə danışıqlar niyə aparılırdı? Elə əvvəldən deyərdi ki, Qəbələ RLS bizə lazım deyil, onu qapatmaq istəyirik”.

Gültəkin