Səudiyyə Ərəbistanı Suriya müxalifətinə 100 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı Suriya Müxalifət Koalisiyası və İnqilab Qüvvələrinə 100 milyon dollar ayırmaq barədə qərar qəbul edib.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Suriyanın Dostları Qrupunun Mərakeşdə keçirilən toplantısında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Saud əl-Feysəl bəyan edib.

Saud əl-Feysəl deyib ki, bu yardım Suriya xalqına kömək üçün nəzərdə tutulub (Lent.az).