Mursi Misiri qarışdıran sənədi ləğv etdi

Misir prezidenti Məhəmməd Mursi Konstitusiya bəyannaməsinin ləğv etmək və yeni sənəd hazırlamaq qərarına gəlib. Bunu dövlət başçısının siyasi partiya liderləri ilə görüşündən sonra iştirakçılardan biri bildirib

Onun sözlərinə görə, görüşdə qərara alınıb ki, yeni Konstitusiya bəyannaməsi hazırlansın.

Məhəmməd Mursi yeni Konstitusiya bəyannaməsini noyabrın 22-də elan etmişdi. Bəyannaməyə görə, dövlət başçısına istisnasız qanunverici səlahiyyətlər verilir, məhkəmə orqanları ilə parlamentin yuxarı palağası və Konstitusiya Komissiyasına nəzarət funksiyasını itirir. Demokratik qüvvələr prezidentin bu qərarını “çevriliş”, prezidentin özünü isə “yeni firon” adlandırmıq və sənəlin ləğvini tələb etmişdilər (ans press).