
Dekabrın 8-də AXCP Beyləqan rayon şöbəsində müşavirə keçirilib. Müşavirədə partiyanın mərkəzi rəhbərliyindən sədr müavini Asəf Quliyev, sədrin müşaviri Zərifə Məhəttinova və Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı iştirak ediblər.
Müşavirə iştirakçıları ilə ölkədəki, o cümlədən Beyləqandakı ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr, AXCP-nin və İctimai Palatanın təşkilatlanması məsələləri müzakirə olunub.





