Çinin Vyetnamla sərhəddə yerləşən Dunsin şəhərində kütləvi iğtişaş baş verib. Xarici agentliklərin yerli hüquq müdafiəçilərinə istinadla verdiyi məlumatlara görə, polsilə toqquşma nəticəsində 100-ə yaxın insan ölüb və yaralanıb.
İğtişasa səbəb polisin qaçaqmalçılıqda şübhəli bildikləri bir nəfərə işgəncə verməsi olub.
Məlumatlara görə, polisin bu zorakılığına etiraz olaraq 10 min nəfərə yaxın insan küçələrə çıxıb. Kütləvi etiraz sonradan iğtişaşa çevrilib, xeyli sayda polis avtomobilləri yandırılıb.
Yerli polisin yaydığı məlumatda isə təxminən 1000 nəfərin etiraz aksiyası keçirdiyi və onlardan “yalnız bir qisminin” iğtişaş törətdiyi, hadisələr zamanı isə 9 nəfərin xəsarət aldığı və bir neçə maşının sıradan çıxdığı bildirilir.


