Şəfəq Səfərəliyeva 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Zərdabın icra başçısı Lütfəli Babayevi onu zorlamağa cəhd göstərməkdə ittiham edən rayon sakini Şəfəq Səfərəliyeva həbs olundu. Onun həbsinə Yasmal rayon məhkəməsində qərar verilib.
Ş.Səfərəliyevanı məhkəməyə xüsusi ittiham qaydasında icra başçısı L.Babayev vermişdi.
Məhkəmə Ş.Səfərəliyevanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, 51 yaşlı Ş.Səfərəliyeva icra başçısının öz kabinetində onu zorla cinsi əlaqəyə məcbur etmək istədiyini iddia edib və bununla bağlı oktyabrın 5-də mətbuat konfransı keçirib.
İnformasiya şöbəsi


