FHN hadisə ilə bağlı növbəti dəfə məlumat yayıb. Məlumatda deyilir:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Lent.az-ın nazirliyin rəsmi saytına istinadın verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Müəyyən olunub ki, vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan çörəkbişirmə sexinin qazanxanasında partlayış olub, sex və ona bitişik tikili zədələnib. 1 nəfər – 1978-ci il təvəllüdlü Xalidə Yunis qızı Ələsgərova ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslər xəstəxanaya aparılıb. Yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Bakının Binəqədi rayonunda partlayış olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıbdır.
Müəyyən olunub ki, partlayış nəticəsində yanğın olmamış, sex və ona bitişik tikili zədələnibdir. İlkin məlumata əsasən 3 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


