İran rejimindən Türkiyə səfirinə hörmətsizlik

Təbrizdə “Traktor”un oyununa bilet alan Ümit Yardım stadiondan çıxarıldı

İranın “ferdanews” saytı maraqlı bir xəbər yayıb. Xəbərdə bildirilir ki, Təbrizin “Traktor” komandası ilə Tehranın “Persepol” komandası arasında futbol oyunu zamanı Türkiyənin səfiri stadiondan uzaqlaşdırılıb. Türkiyənin İrandakı səfiri Ümit Yardım bu komandaların futbol yarışını izləmək üçün stadiona gedib. Oyunun birinci hissəsi başa çatandan sonra türkçülük şüarları səsləndirən azarkeşlərin qələbəliyi İran təhlükəsizlik qüvvələrini narahat edib və onlar Türkiyə səfirini stadiondan çıxarmaqdan başqa yol görməyiblər. İran KİV-i bunu “pantürkizmin meydan sulaması” kimi şərh edir.

Aydın Taş, Ankara