Azərbaycan Afrika ölkələrindən də geri qalır

Böyük Britaniyada müəyyənləşdirilən demokratiya indeksində 165 ölkə arasında 140-cı sıradayıq…

Böyük Britaniyanın “The Economist” jurnalı 2007-ci ildən başlayaraq, dünyada demokratiya indeksini müəyyənləşdirən tədqiqatlar aparır. Son araşdırmada 165 ölkədə demokratiyanın vəziyyəti təhlil olunub.
Indeks beş kateqoriya üzrə müəyyənləşir: elektoral proses və plüralizm, vətəndaş azadlıqları, hökumətin funksionallığı, siyasi proseslərdə iştirak və siyasi mədəniyyət.
165 ölkə dörd tip üzrə bölünüb: tam demokratiya, natamam demokratiya, hibrid rejimlər və avtoritar rejimlər.
Tam demokratik ölkələr siyahısında 25 dövlətin adı yer alıb. Ilk onluq isə belədir: Norveç, Islandiya, Danimarka, Isveç, Yeni Zelandiya, Avstraliya, Isveçrə, Kanada, Finlandiya, Hollandiya.
“Natamam demokratiya” tipinə isə Kaboverde, Fransa, Italiya, Botsvana, Surinam, Moldova və s. ölkələr aid edilib.
Hibrid rejimli ölkələr siyahısında Ukrayna, Mozambik, Keniya, Türkiyə, Ermənistan və digərlərinin adları yer alıb.
165 ölkənin adı olan siyahıda avtoritar rejimli dövlətlərin sırası 116-dan başlayır. Azərbaycan bu siyahıda 140-cı yerdə qərarlaşıb. Siyahıda Azərbaycanın qonşuları Belarus, Kot d’Ivuar, Ruanda kimi ölkələrdir. Təsəvvür edin ki, Efiopiya (121), Burkina Faso (124), Kamerun (131), Anqola (133) kimi ölkələr sıralamada Azərbaycanı qabaqlayıb.
Hesabat qeyd olunur ki, Azərbaycanda son bir ildə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşib.

http://www.sida.se/Global/About%20Sida/S%C3%A5%20arbetar%20vi/EIU_Democracy_Index_Dec2011.pdf

Informasiya şöbəsi