Bağdad Taner Yıldızı aran təyyarənin Ərbilə enməsinə icazə verməyib
Türkiyənin Təbii Ehtiyatlar və Enerji naziri Taner Yıldız İraqa buraxılmayıb. Nazir Ərbildə neft və təbii qaza dair konfransda iştirak etmək üçün İraqa gedirmiş.
Onu aparan təyyarənin enməsinə icazəni isə İraq hakimiyyəti verməyib. Bu qadağanın səbəbi açıqlanmayıb. Bununla belə Bağdadla Ankara arasında bir sıra məsələlərlə bağlı gərginlik yaşanmaqdadır.
Heç şübhəsiz bunlardan biri Türkiyə hökumətinin İraqın şimalına nəzarət edənlərlə neftlə bağlı müqavilə imzalamasıdır. Başqa biri isə İraq prezidentinin müavini Tarik əl–Haşiminin Türkiyəyə sığınması və rəsmi Ankaranın onu himayə etməsidir.
«NTV»-yə müsahibəsində Tanər Yıldız deyib ki, İraqın şimalını idarə edən qurumun başçılarından biri Nəçirvan Bərzani ilə görüşmək niyyətində olub və ona Ərbil hava limanının uçuşa bağlı olduğunu deyiblər. Bunun belə nazir Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə dair danışıqlar apardığını da vurğulayıb.


