Azərbaycan Ordusunun zabiti minaya düşüb. ANS PRESS-in məlumatına görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində – Ağdam rayonu istiqamətində dünən gecə saatlarında zabit Pərviz İsmayılov minaya düşüb və yaralanıb. Zabit hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.


