Vüsalə Mahirqızı Aynur Camalqızını pis vəziyyətdə qoymaq istəyir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus media quruluşları arasında qarşıdurma yaranıb. Söhbət Vüsalə Mahirqızının rəhbərlik etdiyi “APA Holding”lə Aynur Camalqızının rəhbəri olduğu “Publika.az” saytı və “Gündəlik Teleqraf” qəzetindən gedir.
Məlumatlara görə, düşmən münasibətdə olan tərəflərdən biri – Vüsalə Mahirqızı digərinin rəhbərlik etdiyi media quruluşunu çökdürmək üçün səylər göstərir. Bildirilir ki, “APA Holding”in rəhbəri Aynur Camalqızını pis vəziyyətdə qoymaq üçün “Publika.az” saytında çalışanları yüksək maaşla özünün rəhbərlik etdiyi media qurumlarına cəlb edir. Iddaialar görə, Vüsalə Mahirqızının şirnikləndirici təklifi artıq “Publika.az” saytının bir neçə əməkdaşını transfer barədə düşünməyə məcbur edib.
Əslində bir media qurumundan digərinə transfer normal bir haldır. Və hər hansı media qurumunun rəhbəri yaxşı yazarı öz yanında görmək istəyər. Lakin bildirilir ki, Vüsalə Mahirqızının bu addımının kökündə Aynur Camalqızı ilə düşmən münasibətlər dayanır. Deyilənlərə görə, onun məqsədi heç də rəhbəri olduğu media qurumuna yaxşı yazarlar cəlb etmək yox, məhz Aynur Camalqızına tapşırılan layihələri sıradan çıxarmaq və bununla da rəqibini pis vəziyyətdə qoymaqdır.


