“Muhteşem Yüzyıl” əslində belə olub

Türkiyənin qalmaqallı serialına İran da etiraz etdi

Türkiyənin ən baxımlı seriallarından olan və Sultan Süleyman Qanuninin dövründən bəhs edən “Muhteşem Yüzyıl” farsça dublajla yayılmağa başladığı İranda mübahisələrə səbəb olub. İranın “Fars” xəbər agentliyi serialda İran və və iranlıların təhqir edildiyini iddia edib.

İranın yarı rəsmi xəbər agentrliyi olan İSNA isə Osmanlı dövründəki hərəmxanaya aid başqa bir fotonu filmdəki səhnə ilə müqayisə edərək, əsl hərəmxana qadınarının serialdakı kimi olmadıqlarını yazıb. Filmdəki Osmanlı sarayındakı qadınların geyim tərzinin rejissor və ssenaristlərin fikirlərini əks etdirdikləri qeyd edilib (anspress.com)