Niderland İctimai Televiziyası heykəlin götürülməsi qərarından bəhs edib
Heydər Əliyevin Mexikodakı heykəlinin götürülməsi haqda şəhər komissiyasının verdiyi qərar dünya mediasında ciddi rezonans doğurub. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə diqqət yetirib. Bunlardan biri də Niderland İctimai Televiziyasıdır.
Televiziyanın əsas xəbər proqramı NOS mövzu ilə bağlı reportaj yayımlayıb.
“Mexikoda Azərbaycan heykəlinin qalmaqalı” adlanan reportajda xatırladılır ki, Mexikodakı şəhərsalma üzrə komissiya şəhərin baş bulvarında yer alan heykəlin götürülməsini tələb edir.
Ümumən Niderland televiziyası da məsələ ilə bağlı dünyanın aparısı informasiya mənbələrində yer alan məlumatları təkrarlayıb. Burada Mexikodakı həmin heykəl üçün üçün Azərbaycan səfirliyinin 5 milyon dollar xərcləməsindən, heykələ qarşı şəhər ictimaiyyətinin etirazından, Heydər Əliyevin avtoritar rəhbər olmasından söhbət gedir.
Reportajda bildirilir ki, heykəllə bağlı yaradılan şəhər komissiyası meriyanın Azərbaycan səfirliyindən bu iş üçün pul qəbul etməklə ciddi səhvə yol verdiyi qərarına gəlib. Komissiya hesab edir ki, xarici hökümət Meksikanın ictimai yerlərində hansı heykəlin nümayiş etdirilməsini müəyyən edə bilməz.
“Əliyev mübahisəlidir. O, uzun müddət Sovet Resbuplikasını Kommunist Partiyasının rəhbəri kimi idarə edib. Sovet İttifaqının suqutundan sonra isə 1993-cü ildən ömrünün axırına kimi – 2003-cü ilə qədər Azərbaycanın prezidenti olub.
Tənqidçiləri xüsusən heykəl löbhəsinin üzərində yazılan “Əliyev dünyada sülhu tərənnüm edir” sözlər narahat edir. Bundan əlavə heykəlin Mahatma Qandi, Abraam Linkoln və meksika xalqının qəhrəmanlarının heykəli ilə yaxınlıqda yerləşməsi etirazla qarşılanıb”, – deyə reportajda xatırladılır.


